AZ

Baş nazir istefa verdi – Bu ölkə erkən seçkilərə gedir

Serbiyanın baş naziri Miloş Vuçeviç günlərlə davam edən etirazlardan sonra istefa verib.

News24.az xəbər verir ki, növbədənkənar seçkilərə işarə edən baş nazirin istefası prezident Aleksandr Vuçiç administrasiyasında böyük sarsıntıya səbəb olub. Müxalifət müvəqqəti hökumətin yaradılmasını tələb edərkən, Vuçiç belə bir variantın mümkün olmadığını vurğulayıb.

Vuçiç televiziya ilə çıxışında bildirib ki, onun partiyası növbəti on gün ərzində hökumətin vəziyyətini müəyyən edəcək.

"Apreldə yeni seçkilər keçirilə bilər" deyən Vuçiç "müvəqqəti hökumətdən söhbət gedə bilməz" deyib. Bu açıqlama 2023-cü ildə keçirilən növbədənkənar seçkilərdə asanlıqla qalib gələn Vuçiçin siyasi mövqeyində böyük dəyişiklik hesab edilib.

Vağzalda beton talvarın çökməsi nəticəsində 15 nəfər ölüb. Bu, aylarla davam edən hökumət əleyhinə nümayişləri alovlandırıb.

Əvvəlcə Novi Sadda kiçik miqyaslı toplantılarla başlayan etirazlar son həftələrdə böyüyərək paytaxt Belqrada da sirayət edib.

Şagirdlər, müəllimlər və digər işçilər küçələrə axışaraq stansiyadakı fəlakətdə Vuçiç hökumətindəki korrupsiyanı günahlandırıblar. Etirazlara ölkə fermerləri də traktorlarla qoşulub.

Hadisədən sonra tikinti, nəqliyyat və infrastruktur naziri və ticarət naziri istefa versə də, bu, etirazları dayandırmaq üçün kifayət etməyib.



Seçilən
0
news24.az

1Mənbələr