AZ

Salyanda vəzifəli şəxsin də öldüyü dəhşətli qəzanın YENİ DETALLARI

Ötən gün Salyan rayonunun Şorsulu kəndi ərazisində qeydə alınan yol-nəqliyyat hadisəsi nəticəsində iki nəfər ölüb, üç nəfər xəsarət alıb.

Bu barədə Oxu.Az-a açıqlamasında Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) rəsmisi, polis polkovnik-leytenantı Mübariz Ağayev məlumat verib.

O qeyd edib ki, hadisə yanvarın 28-i, saat 19:00-da Ələt-Astara yolunun 84-cü kilometrliyində, Şorsulu kəndi ərazisində qeydə alınıb:

"1962-ci il təvəllüdlü Mustafa Allahyar oğlu Əhmədovun idarə etdiyi VAZ-2106 markalı 52-BG-794 dövlət nömrə nişanlı avtomobillə 1996-cı il təvəllüdlü Samid Eldəniz oğlu Zeynalovun idarə etdiyi VAZ-2121 markalı 52-BG-725 dövlət nömrə nişanlı avtomobil toqquşub.

Hadisə nəticəsində Mustafa Əhmədov və onun sərnişinlərindən biri olan Biləsuvar rayon sakini 1967-ci il təvəllüdlü Mübaşir Əli oğlu Qurbanov hadisə yerində ölüblər. Onun digər sərnişini 1971-ci il təvəllüdlü Mahir Zülfü oğlu Əzizov, digər avtomobilin sürücüsü Samid Zeynalov və sərnişini 2009-cu il təvəllüdlü Cəlal Ceyhun oğlu Quliyev xəstəxanaya yerləşdiriliblər. Faktla bağlı araşdırma aparılır",- deyə M.Ağayev vurğulayıb.

Seçilən
5
2
demokrat.az

3Mənbələr