Fransanın paytaxtı Parisdəki dünyaca məşhur Luvr Muzeyi təmir prosesinə girəcək. Bu prosesdə simvolik muzeydə əhəmiyyətli dəyişikliklər ediləcək.
Kulis.az xəbər verir ki, İtalyan rəssam Leonardo da Vinçinin Luvr Muzeyində sərgilənən əsəri Mona Liza qarşısında etdiyi çıxışda Makron “Luvrun yeni intibahı” başlığı ilə muzeydə ediləcək böyük dəyişikliklər barədə danışıb.
Bu muzeyin Fransa tarixində mühüm yeri olduğunu deyən Makron, muzeyin şərq fasadında yeni girişin tikiləcəyini bildirib.
Makron bu giriş üçün beynəlxalq memarlıq müsabiqəsi keçiriləcəyini və layihənin muzeyin vəsaiti ilə maliyyələşdiriləcəyini və ən geci 2031-ci ildə tamamlanacağını bildirib.