"2024-cü il statistikasında əkin sahələri üzrə göstəricilərin azalması dürüstləşmə ilə əlaqədardır".
Operativ Media xəbər verir ki, bu fikiri Teleqraf.com-a açıqlamasında kənd təsərrüfarı naziri Məcnun Məmmədov deyib.
O bildirib ki, dəmyə əkin ərazilərinin azalmasında yağıntı həcminin azlığı və iqlim dəyişikliyi rol oynayıb:
“Artıq müəyyən sahələrdə məhz illər üzrə dəmyə əkinlərində məhsul yaxşı səviyyədə olmadığına görə insanlar əkindən qaçırlar.
Buna paralel olaraq biz bu ildən bəzi addımlar atmağı planlayırıq. Cənab Prezident İlham Əliyev tərəfindən imzalanan fərmanda dincə qoyulma subsidiyası nəzərdə tutulub. Bu ona görədir ki, dəmyə əkinlərində hər il eyni bitkinin əkilməsi istər-istəməz həm rütubət, həm də məhsuldarlıq itkisinə gətirib çıxarır”.