AZ

Ankarada Azərbaycan, Türkiyə və Özbəkistan nazirlərinin 2-ci üçtərəfli görüşü keçirilir

Türkiyənin paytaxtı Ankarada Azərbaycan, Türkiyə və Özbəkistan nazirlərinin 2-ci üçtərəfli görüş başlayıb.

hakimiyyet.az xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb.

Qeyd edək ki, iclasda hər üç ölkənin xarici işlər, ticarət, iqtisadiyyat və nəqliyyat nazirləri iştirak edirlər.

#Canlı ????Bakanımız @HakanFidan'ın Türkiye, Azerbaycan, Özbekistan Arasındaki İkinci Üçlü Mekanizma Toplantısı Açılış Hitabı???? Ankara https://t.co/HAPB0koO1w

— T.C. Dışişleri Bakanlığı (@TC_Disisleri) January 29, 2025

12:03

Ankarada Azərbaycan, Türkiyə və Özbəkistanın xarici işlər, ticarət, iqtisadiyyat və nəqliyyat nazirlərinin 2-ci üçtərəfli görüşü çərçivəsində Azərbaycan və Özbəkistanın xarici işlər nazirləri Ceyhun Bayramov və Baxtiyor Saidov görüşüblər.

hakimiyyet.az-ın məlumatına görə, tərəflər iki ölkə arasında siyasi, iqtisadi, ticarət, enerji, nəqliyyat və rabitə aspektlərini, eləcə də qarşılıqlı maraq doğuran regional və beynəlxalq təhlükəsizlik məsələlərini müzakirə ediblər.

Regional və beynəlxalq əməkdaşlıq çərçivələri, o cümlədən Türk Dövlətləri Təşkilatı, BMT, İƏT, Qoşulmama Hərəkatı, İqtisadi Əməkdaşlıq Təşkilatı, Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə (CICA), eləcə də müxtəlif çoxtərəfli formatlar çərçivəsində əməkdaşlığın perspektivləri də gündəlikdə mühüm yer tutub.

C.Bayramov həmkarını regionda sülh səyləri, mövcud çağırışlar və davamlı sülhquruculuğu prosesinə olan təhdidlər barədə məlumatlandırıb.

Nazirlər, həmçinin "Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyinin qeyd edilməsinə dair Hərtərəfli Tədbirlər Proqramı"nı imzalayıb və təsdiq ediblər.

On the sidelines of the 2nd trilateral meeting of the Ministers of Foreign Affairs, Trade/Economy and Transport of #Azerbaijan, #Türkiye and #Uzbekistan, Foreign Minister @Bayramov_Jeyhun of the Republic of Azerbaijan and Foreign Minister @FM_Saidov of the Republic of Uzbekistan… pic.twitter.com/TQIZ49ZKtF

— MFA Azerbaijan ???????? (@AzerbaijanMFA) January 29, 2025

08:38

Xarici işlər naziri Ceyhun Bayramov Azərbaycan-Türkiyə-Özbəkistan xarici işlər, iqtisadiyyat, ticarət və nəqliyyat nazirlərinin 2-ci üçtərəfli görüşündə iştirak etmək məqsədilə Ankaraya işgüzar səfər üçün yola düşüb.

Bu barədə Oxu.az-a Azərbaycanın Xarici İşlər Nazirliyindən bildirilib.

Səfər çərçivəsində nazir C.Bayramovun Azərbaycan-Türkiyə-Özbəkistan xarici işlər, iqtisadiyyat, ticarət və nəqliyyat nazirlərinin 2-ci üçtərəfli görüşündə çıxışı, həmçinin bir sıra yüksəksəviyyəli ikitərəfli görüşləri planlaşdırılır.

Seçilən
3
16
hakimiyyet.az

10Mənbələr