2020-ci ildən bu günə kimi Silahlı Qüvvələrdə könüllülərdən xilas olmaq mümkün olmayıb və bu, hərbçilərin susduğu orduya böyük ziyan vurur.
Yenisabaha.az 24News-a istinadla xəbər verir ki, bunu Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargahının keçmiş rəisi Movses Akopyan bildirib.
Onun sözlərinə görə, 2020-ci ildən Silahlı Qüvvələrə könüllülərin axınını dayandırmaq mümkün olmayıb:
“Hərbçilər bunun onlara nə qədər zərər verdiyini açıqlaya bilməzlər. Amma bilirəm ki, belədir. Söhbət təkcə "Yerkrapah" Könüllülər İttifaqından deyil, silah daşımaq hüququ olmayan bütün strukturlardan gedir”.
Akopyan bildirib ki, Silahlı Qüvvələrin komplektləşdirilməsi problemi yalnız maddi təminata önəm verilməsi ilə bağlıdır:
"Halbuki orduda ideoloji səbəblərə görə Vətənə xidmət etməyə hazır olan insanlar da olmalıdır".
Telegram kanalımız