Strasburq, 29 yanvar, AZƏRTAC
Avropa Şurası Parlament Assambleyasının (AŞPA) qış sessiyasının 5-ci plenar iclası ispaniyalı deputatın hazırladığı “Demokratik vətəndaşlığa xidmətdə yaddaş və tarixin tədrisində multiperspektivlik” adlı qərar layihəsinin müzakirəsi ilə başlayıb.
AZƏRTAC xəbər verir ki, layihə dinlənildikdən sonra səsverməyə təqdim ediləcək. Günortadan sonra sessiya Lüksemburqun Baş naziri Lük Friden çıxışı ilə başlayacaq və o, çıxışından sonra parlamentarilərin suallarını cavablandıracaq.
Sessiyanın debatlar siyahısında latviyalı və avstriyalı parlamentarilərin “Gürcüstanın parlament nümayəndə heyətinin hələ də ratifikasiya olunmamış etimadnaməsinə əsaslandırılmış vasitələrlə etirazı” adlı qərar layihəsi müzakirə olunacaq və səsverməyə çıxarılacaq.
Sessiya britaniyalı parlamentari Keyti Osamorun “İmmiqrasiya, Avropa demoqrafik yaşlanmasına bir cavabdır” adlı qərar layihəsi müzakirə olunacaq.