AZ

Türkiyə və İsraillə bağlı ŞOK

Britaniyanın “The Guardian” qəzeti Türkiyə və İsrail ilə bağlı diqqətçəkən təhlil yazısı yayımlayıb.

Publika.az xəbər verir ki, təhlildə Türkiyə ilə İsrailin Suriyada maraq toqquşması ola biləcəyi qeyd edilib.

“Türkiyə Suriya, Liviya, Cənubi Qafqaz, Şərqi Aralıq dənizi və Körfəzdə hərbi əhatə dairəsini, təsirini genişləndirib. Yumşaq gücünü Afrika, Mərkəzi Asiya və Qərbi Balkanlarda yayaraq əhəmiyyətli milli müdafiə sənayesi qurub. ABŞ-Türkiyə münasibətləri üçün bəlkə də ən böyük risk Suriyada Türkiyə ilə İsrail arasında birbaşa qarşıdurma ehtimalıdır”, - deyə təhlildə bildirilir.

Məsələ ilə bağlı mövqeyini bildiriən Türkiyə Beynəlxalq Əlaqələr Şurasının sədri Mustafa Aydın Bəşər Əsəd rejiminin devrilməsindən sonra yaranan təhlükəsizlik boşluğunda iki ölkənin Suriyada qonşu olmasına diqqət çəkib: “İsraillə Türkiyə arasında qarşıdurma ehtimalı ABŞ-ın hədəflərinə kölgə sala bilər”.

O qeyd edib ki, bəzi türk hərbi analitikləri İsrailin kürd yaraqlıları ilə gizli əməkdaşlıq edərək Ankara üçün təhlükəyə çevrilə biləcəyindən narahatdırlar.

Seçilən
0
2
publika.az

3Mənbələr