AZ

117 saylı DSK sədri: Səsvermə prosesi normal qaydada davam edir

Dairə hüdudlarında səsvermə prosesi normal qaydada davam edir.

Bunu “Report”un Şimal-qərb bürosuna açıqlamasında 117 saylı Oğuz-Qəbələ-Şəki Dairə Seçki Komissiyasının (DSK) sədri Rəsul Cəfərov deyib.

DSK sədri bildirib ki, dairə üzrə bütün seçki məntəqələrində səsvermə prosesi qaydalara uyğun davam edir:

“Dairə üzrə 64 məntəqədə 55 min 065 seçici qeydiyyatdadır, onlardan 332 nəfər ilk dəfə səsvermə hüququndan istifadə edəcək. Yaşı 100-dən yuxarı olan 1 seçici var.

Ümumilikdə 11 bələdiyyədə 121 yer uğrunda 251 namizəd mübarizə aparır. Səsvermə prosesini 941 müşahidəçi izləyir. Məntəqələr texniki avadanlıqlarla tam təchiz olunub, veb-kameralar quraşdırılıb, seçicilərin sərbəst səs vermələri üçün bütün şərait yaradılıb”.

Seçilən
2
1
aznews.az

10Mənbələr