AZ

28 illik sirr açılmır: Toskan dü Plantyeni kim öldürüb?- İşə FTB qarışdı

1996-cı ildə İrlandiyada qətlə yetirilən fransız film rejissoru Sofi Toskan dü Plantyen ölümündəki sirr hələ də açılmayıb.

Qaynarinfo xəbər verir ki, son günlərdə İrlandiya polisinin bu mürəkkəb qətlin həlli üçün ABŞ-ın Federal Təhqiqat Bürosuna (FTB) müraciət etməsi mərhumun ailəsinə ümid işığı olub.

Qorxunc hadisə: Sofi Toskan dü Plantyenin ölümü

23 dekabr 1996-cı ildə İrlandiyanın Kork şəhəri dəhşətli bir hadisənin şahidi olub. 39 yaşlı Sofi Toskan dü Plantye Korkun qərbindəki Şull qəsəbəsində yerləşən bağ evinin önündə döyülərək öldürülmüş vəziyyətdə tapılıb. Evli və bir uşaq anası olan Toskan dü Plantyenin Şull qəsəbəsinə səfərinin səbəbi Milad bayramından əvvəl tək qalaraq film ssenariləri üzərində işləmək olub.

Hadisədən 28 il keçməsinə baxmayaraq, Toskan dü Plantyenin ölümündəki sirr tam olaraq açıla bilməyib. 2018-ci ildə bir podkast, 2021-ci ildə isə sənədli filmə mövzu olan bu cinayətin cavabsız qalan sualları hələ də diqqət mərkəzindədir.

FTB ilə əməkdaşlıq və yeni sübutların ümidi

“Irish Independent” qəzetinin yaydığı xəbərə görə, son günlərdə İrlandiya polisi (“An Garda Síochana” və ya “Gardai”) Toskan dü Plantyenin qətlinin həllində FTB-dən yardım istəyib. Polis qətl zamanı mərhumun geyimlərini ABŞ-ın Virciniya ştatının Quantiko şəhərində yerləşən FTB araşdırma mərkəzinə göndərib. İrlandiya polisi texnologiyanın inkişafı və yeni perspektivdən sübutlara baxışın bu uzun müddətli müəmmanı həll edə biləcəyinə ümid edir.

Toskan dü Plantyenin əmisi Jan Pier Qazo bu inkişafı “Daily Mail” qəzetinə dəyərləndirərək deyib: “Optimist olduğumu deyə bilmərəm. Əlbəttə, FTB araşdırması yeni sübutlar ortaya çıxarsa, bu möhtəşəm olar, lakin hələ də şübhələrim var. Gözləyib görəcəyik. Buna baxmayaraq, bu cür araşdırmanı tam dəstəkləyirəm”.

Keçmişin izində: mütəxəssislərin fikirləri

İllərdir bu hadisəni araşdıran təqaüdçü məhkəmə ekspertizasının mütəxəssisi Bridcet Şapu “Gardai”nin müxtəlif dəlilləri yenidən nəzərdən keçirə biləcəyini bildirib. O, bugünkü elmi və texnoloji irəliləyişlərin bu işdə yeni nəticələr verə biləcəyini vurğulayıb.

Şapu həmçinin istintaqın yalnız bir nömrəli şübhəli İan Beyliyə fokuslanmaması gərəkdiyini deyib. Keçmiş jurnalist olan Beyli Toskan dü Plantye qətlinin əsas şübhəlisi olub. Lakin o, mərhumun ölümündə hər hansı bir iştirakını dəfələrlə inkar edib.

İan Beyli

İrlandiyada iki dəfə saxlanılan, lakin sübut çatışmazlığı səbəbindən ittiham olunmayan Beyli 2019-cu ildə Fransada qiyabi mühakimə edilərək günahkar elan edilib. Lakin İrlandiya Beylini Fransaya təhvil verməkdən imtina edib. Beyli yanvar 2024-cü ildə 66 yaşında vəfat edib.

Bu yeni inkişaf demək olar ki, 30 il əvvəl baş verən bu müəmmalı cinayətin həll olunacağına ümidləri yenidən artırıb.

Seçilən
5
2
azpost.info

3Mənbələr