“Qarabağ”Avropa Liqasının Liqa mərhələsinin sonuncu, 8-ci turunun “Olimpiakos”la matçı üçün Yunanıstana yola düşüb.
“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı klubun Mətbuat xidməti yayıb.
“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovun bu gün yerli vaxtla saat 19:40-da mətbuat konfransı təşkil olunacaq.
Saat 20:00-da isə komanda açıq məşqə çıxacaq.
Qeyd edək ki, yanvarın 30-da keçiriləcək “Olimpiakos” – “Qarabağ” matçı Bakı vaxtı ilə saat 00:00-da start götürəcək.
![](https://qafqazinfo.az/uploads/1738142061/showpic_el100_n__1_.jpeg)
![](https://qafqazinfo.az/uploads/1738142061/showpic_el100_n__2_.jpeg)
![](https://qafqazinfo.az/uploads/1738142061/showpic_el100_n__3_.jpeg)
![](https://qafqazinfo.az/uploads/1738142061/showpic_el100_n__4_.jpeg)
![](https://qafqazinfo.az/uploads/1738142061/showpic_el100_n__5_.jpeg)
![](https://qafqazinfo.az/uploads/1738142061/showpic_el100_n.jpeg)
![](https://qafqazinfo.az/uploads/1738142061/showpic_el100_n__6_.jpeg)
![](https://qafqazinfo.az/uploads/1738142061/showpic_el100_n__8_.jpeg)
![](https://qafqazinfo.az/uploads/1738142061/showpic_el100_n__9_.jpeg)