AZ

"Su şəbəkəsinə qoşulma" işçi qrupunun növbəti iclası keçirilib

Azərbaycan Respublikasının Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyası “Su şəbəkəsinə qoşulma” işçi qrupunun növbəti iclası keçirilib.

Bu barədə Bakıvaxtı.az-a İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin Mətbuat xidmətindən bildirilib.

    Qeyd edilib ki, Komissiyasının Katibliyi, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin məsul vəzifəli şəxsləri, İşçi qrupun üzvləri, “Caspian Energy Club”ın əməkdaşları, sahibkarlar, qeyri-hökumət təşkilatları və media nümayəndələrinin iştirakı ilə keçirilən iclası Komissiya Katibliyinin rəhbəri Vüsal Şıxəliyev giriş sözü ilə açaraq, Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyası “Su şəbəkəsinə qoşulma” işçi qrupunun fəaliyyəti barədə ətraflı və geniş məlumat verib.

    İşçi qrupunun rəhbəri, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinin müşaviri Etibar Məmmədov görülən işlərdən danışıb.

    ADSEA-nın nümayəndələri Rüfət Atakişiyev Su şəbəkəsinə qoşulma üzrə “Bir pəncərə” sisteminin vəziyyəti, Yaşar Kəlbiyev Qoşulma xidmətinə görə yeni tariflərin tətbiqi Yusif Əhədi Yol Xəritəsində nəzərdə tutulmuş tədbirlər, Ceyhun Musaoğlu Sahibkarların məlumatlandırılması üçün “Məlumat kitabçaları”, videoçarxın və qurumun yeni internet səhifəsi barədə təqdimat ediblər.

    Təqdimatlardan sonra “Business Ready” hesabatının müvafiq alt-indikatoru üzrə görülən işlər və 2025-ci ildə qarşıda duran prioritetlər, su şəbəkəsinə qoşulma proseslərinin icrası zamanı yarana biləcək çətinliklərin aradan qaldırılması mövzusunda müzakirələr aparılıb.

    Seçilən
    1
    bakivaxti.az

    1Mənbələr