AZ

Aİ Rusiyanın 15 bankını SWIFT-dən kəsmək planının detallarını araşdırır

Avropa İttifaqı (Aİ) təxminən 15 Rusiya bankının SWIFT beynəlxalq ödəniş sistemindən ayrılması imkanlarını öyrənir. Bu barədə “Bloomberg” mənbələrə istinadən yazır.

Agentliyin məlumatına görə, regional birlik Rusiya Federasiyasına qarşı yeni sanksiyalar paketi çərçivəsində müvafiq məhdudiyyətlər tətbiq etmək niyyətindədir.

Bundan əlavə, Avropa Komissiyasının (AK) üzvləri Rusiya alüminiumunun region ölkələrinə idxalına mərhələli şəkildə qadağa qoyulmasını təklif ediblər. Qərar qəbul olunarsa, Aİ şirkətləri bir il müddətinə kvota sistemi ilə metal ala biləcək, lakin sonradan müvafiq əməliyyatlar tamamilə dayandırılacaq.

Yanvarın 27-də Aİ-yə üzv ölkələrin xarici işlər nazirləri görüş keçirərək Rusiya Federasiyasına qarşı genişmiqyaslı sanksiyaların müddətinin uzadılması barədə razılığa gəliblər.

Almaz Həsənli

Seçilən
7
12
oxumeni.az

10Mənbələr