Bakı. Trend:
Açar sözlər: immunitet, immun sistem, virusinfeksiyası, xəstəlik, uşaqlar
(Təsir mexanizmi: Beta qlükan bağırsağın selikaltı qatındamakrofaqların spesifik reseptorları ilə birləşir, onlarıaktivləşdirir. Aktivləşmiş makrofaqlar limfositləri aktivləşdirir.Faqositozun aktivləşməsi sitokinlərin (interleykin, interferon)sintezinə səbəb olur. Sitokinlərin sintez olması immun sistemindigər hüceyrələri T-, B-limfositlər üçün siqnaldır. C vitamini(askorbin turşusu) - Endogen interferon sintezində iştirak edir,faqositozu stimulə edir, antitel sintezini artırır. Sink virusunyayılması prosesini dayandırır).
Qışın özü ilə bərabər gətirdiyi qayğılardan biri də səhhətimizdəyaranan problemlərdir. Soyuq havaların gəlişi ilə insanlarınbəziləri daha həssas olurlar və tez xəstələnirlər, kəskinrespirator virus infeksiyalarına yoluxurlar.
Hər il soyuq aylarda (əsasən dekabr-mart aylarında) mövsümi qrip(influenza) və digər kəskin respirator virus infeksiyalarınınmüxtəlif ştamları yayılır. Bu infeksiyaya əsasən kiçik yaşlıuşaqlar və immuniteti zəif olan şəxslər yoluxur.
İnsanların immun sistemləri arasındakı fərqlərin 60-80%-ni həyattərzi və ətraf mühit, qalan 20-40%-ni isə genetika təşkil edir.
Uşaqlarda kəskin respirator virus infeksiyalararına yoluxmaehtimalının yüksək olmasının bir sıra səbəbləri mövcuddur:
- Körpələrdə və erkən yaşlı uşaqlarda immun sistemi hələ tamformalaşmamışdır, bu da onları virus və bakteriyalara qarşı dahahəssas edir; xüsusilə də ana südü ilə qidalanmayan uşaqlardaimmunitetin formalaşması zəif olur.
- Müasir yaşam tempi nəticəsində uşaqlar gün ərzində müxtəlifməşğələ, dərnək, kurslar, xüsusilə qapalı məlkanlarda uzun müddətvaxt keçirirlər. Bu isə gün içində fərqli məkanlarda çoxlu kontaktvə infeksiya ilə rastlaşma riskidir. Həmçinin qış ayları və soyuqhava şəraiti uşaqların qapalı məkanlarda vaxt keçirməsinə təhrikedən faktorlardandır. Belə yerlərdə virusların yayılma ehtimalıdaha çox olur.
- Nisbətən böyük uşaqlarda düzgün qidalanmama və ağız baxımınındüzgün olmaması, həddindən artıq qəbul olunan şirniyyat dişçürüməsinə, çürük dişlər isə infeksiya mənbəyi olduğundan immunsistemi zəiflədər.
- Xəstəliklər zamanı lazımsız və ya yetərsiz dərman qəbulu: İnsanxəstələndiyi zaman müdafiə reaksiyası olaraq bədən temperaturuyüksəlir, belə ki, orqanizm yüksək hərarət fonunda mikrobları məhvetməyə çalışır. Bu baxımdan hərarət salıcı dərmanlar 1 yaşa qədəruşaqlarda 380C-dən, 1 yaşdan yuxarı uşaqlarda38,50C-dən yüksək temperatur müşahidə olunan zamanistifadə edilməlidir.
- Elimizin gözəl adəti var ki, uşaq doğulanda onu anası ilə birotaqda saxlayırlar, tapşırırlar ki, üstünə heç kim getməsin."Qırxlı uşağın üstünə getməzlər”, "Zahının üstünə getməzlər” kimiadətlərimiz qoruyucu faktorlardan biridir. Tibbi-nöqteyi nəzərdəntam əsaslandırılmışdır. Təbiətin qanunu belədir ki, uşaq dünyayagələndə onun orqanizmində olan bütün mikrob florası (ağzında, nəfəsyollarında, dəri səthində, hətta bağırsaqlarında olan bakteriya)ananınkı ilə oxşar olmalıdır, ona görə də ana və uşağı hamıdanayırırlar. Bu halda ana südü uşağı tam qoruyur. Uşağın bədənindəsaprofit və digər mikrob floralarının formalaşması 40-45 günə başaçatır. Sonra uşaq kimin yanına getsə qorxusu yoxdur.
- İmmun sistemi zəif olanda uşaqlar yoluxucu xəstəliklərə dahatez tutulurlar. Uşaq doğulandan iki yaşına kimi immun sistemiananın südündən çox asılıdır. Ana südünün verilməməsi və ya qısamüddətdə verilməsi də uşaqlarda immun sistemi zəiflədənamillərdəndir. Uşaq ana südü ilə qidalanmırsa, immun sistemininformalaşmasının pozulması nəticəsində, uşaqları xəstəlikdən qoruyanfaktorların çatışmazlığı baş verir. Obrazlı desək, infeksiyanınqapıları açıq olur, uşaqlar da xəstəliklərə yoluxurlar. Məlumdurki, ana südündə yüksək miqdarda immun cisimciklər, IgA, IgM və s.mövcuddur. Ana südü ilə qidalanma bütün bu qoruyucuların südvasitəsilə körpənin orqanizminə keçib onu qorumasına səbəb olur.Ana südü optimal temperaturda olduğundan tərkibində olan zülalmaddələri parçalanmadan orqanizmə daxil olur, asan sorulur və həzmolunur.
- Gigiyena qaydalarıan əməl edilməməsi (əllərin tez-tez və düzgünşəkildə yuyulmaması);
- Genetik xəstəliklər, xroniki xəstəliklər, qeyri-düzgün həyattərzi və s. uşaqları xəstəliklərə daha həssas edir.
Uşağın immunitetinin zəifləməsi əlamətləri:
- 1 ildə 5 dəfədən çox yuxarı tənəffüs sistemi xəstəlikləri iləxəstələnmə;
- 1 ildə 3 dəfədən çox antibiotik zərurəti;
- xəstəliklərin düzgün müalicə fonunda uzun sürməsi və yaağırlaşması
İnsan yaşlandıqca timus vəzinin fəaliyyəti azalır, bu daorqanizmə infeksiyalarla mübarizə aparmağa kömək edən immunsisteminin T hüceyrələrinin istehsalının azalmasına səbəb olur. Buona gətirib çıxarır ki, qocalıqda insanlar gəncliklərinə nisbətəndaha tez-tez xəstələnirlər.
Kəskin respirator virus infeksiyasının əlamətləri hərarətinyüksəlməsi, halsızlıq, əzələ, oynaq ağrıları, yuxusuzluq, öskürək,boğaz ağrısı, burun tutulması və ya burun axması da ola bilər. Əgərvirus mədə-bağırsaq sistemini də zədələyirsə, bu zaman qusma,ishal, qarında ağrı kimi əlamətlər ola bilər. Adətən KRVİ başladığıvaxtdan 7-10 gün müddət ərzində keçib gedir.
İmmunoterapiyaya təlabat ən çox hansı hallardayaranır?
- Xəstəliyin gedişi tez-tez kəskinləşirsə;
- Ləng (uzun zaman davam edən) gedişli xəstəliklər;
- Standart terapiyanın effektsizliyi;
- Antibiotikə davamlılıq.
Uşağın immunitetinin möhkəmləndirilməsiyolları:
- bətnində olan müddətdə ananın düzgün qidalanması,xəstəliklərdən və radiasiyadan qorunması;
- ana südü ilə normal qidalanma müddəti (minimum 1il, optimal2il);
- uşağın düzgün baxımı: qidalanma, gigiyena, yuxu və havarejimi;
- xəstəliklər zamanı düzgün müdaxilə.
İstər uşaqlarda, istərsədə böyüklərdə immun sistemə dəstəkməqsədilə müxtəlif tərkibli preparatlardan istifadə edilir. Ənəsası isə hər bir konkret situasiyada preparaların düzgünseçimidir.
MEGAGLUKAN kids və MEGAGLUKAN synbio preparatlarının immunsistemə “sehirli toxunuşu” orqanizmin mövsümü soyuqdəyməxəstəliklərinə davamlığını artıracaq, infeksiyanın bütün orqanizməyaylmasının qarşısını alacaq, kəskin yoluxucu xəstəliklər zamanısağalmanı sürətləndiəcək.
“İmmunitet bağırsaqda yaşayır” ifadəsini yəqin çoxlarınızeşitmisiz. Bağırsaqlarımız təkcə həzm prosesində iştirak etmir.Bağırsaqlarımız həmçinin “yaxşı mikroblar” dediyimizmikroorqanizmlərin rezervuarıdır. MEGAGLUKAN synbio preparatınıntərkibində olan “yaxşı mikroblar” - Probisis (Bacillus subtilis)hesabına sağlam bağırsaq, güclü immunitetə sahib ola bilərik.
MEGAGLUKAN kids və MEGAGLUKAN synbio preparatlarının həm dəantioksidant təsirləri var - çirlənmiş ekologiya, keyfiyyətsizqidalar, xroniki xəstəliklərin olduğu müasir dünyamızdaantioksidantlara çox ehtiyac var.
Lakin istənilən halda müalicə taktikası və preparatın təyinatıhəkim tərəfindən olmalıdır.
Materialda əks olunmuş məlumatlar müxtəlif qaynaqlardan, ocümlədən elmi-populyar məqalələr, internet materialları, rəsmihesabatlar və s. əldə olunmuş, ümumiləşdirilmiş, tərcümə edilmiş vəsistemləşdirilmişdir.