AZ

Zəvvar olmaq üçün yüzlərlə insan çaya girdi - Ölənlər var

Hindistanın Uttar Pradeş əyalətinin şimalında yerləşən Allahabad şəhərində 12 ildən bir keçirilən və 45 gün davam edən festivalda izdiham yaranıb.

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, izdihamda onlarla insanın həyatını itirib, çoxlu sayda yaralanan var. 

Əyalətin baş naziri Yogi Adityanath bildirib ki, günahlarını yumaq üçün Triveni Sanqam çayına gedən bəzi insanların baryerləri aşması səbəbindən izdiham yaranıb. Yanvarın 13-də milyonlarla insanın iştirakı ilə başlayan festival çərçivəsində şəhərdə ziyarətçilərin yerləşdirilməsi üçün 160 mindən çox çadır və təxminən 400 kilometr müvəqqəti yol tikilib.

Bu il 400 milyondan çox hindunun Qanq, Yamuna və Sarasvati çaylarının qovuşduğu yerdə “müqəddəs su” sayılan Triveni Sanqam çayına daxil olaraq 45 gün ərzində “zəvvar” olacağı gözlənilir. Hindular inanırlar ki, bayramlar zamanı Qanq çayında çimmək onlara günahları yumağa, ölüm və dirçəliş dövründən qaçmağa kömək edəcək.

 "Maha Kumbh Mela" adı ilə tanınan festival "dünyanın ən böyük dini festivalı" hesab olunur. 2001-ci ildə Qanq çayına daxil olmaq üçün Allahabad şəhərində 60 milyon insan eyni gündə toplaşaraq dünya rekordu qırmışdı. Bundan əlavə, milyonlarla hindu COVID-19 pandemiyasına baxmayaraq 2021-ci ildə Triveni Sanqam çayına girmişdi.

 

Seçilən
5
14
unikal.az

10Mənbələr