Luvr Muzeyində nümayiş etdirilən məşhur “Mona Liza” tablosunun qarşısında çıxış edən Fransa prezidenti Emmanuel Makron muzeyin hərtərəfli təmir prosesinə girəcəyini açıqlayıb.
Publika.az xəbər verir ki, “Luvrun yeni intibahı” adı altında həyata keçiriləcək layihə çərçivəsində muzeyin şərq fasadında yeni giriş tikiləcək.
Təmir işlərinin ən geci 2031-ci ilə qədər başa çatdırılması planlaşdırılır.
Muzeyin ən məşhur əsərlərindən olan “Mona Liza”nın muzeyin digər bölmələrindən asılı olmayaraq xüsusi əraziyə daşınacağı qeyd olunub. Bu yeni sahə üçün isə ayrıca bilet almaq lazım gələcək.