AZ

İnkişaf və rifahı dəstəkləyən strateji əməkdaşlıq mexanizmlərinə ehtiyac var - Hakan Fidan

Ortaq coğrafiyada inkişaf və rifahı dəstəkləyən strateji əməkdaşlıq mexanizmlərinə ehtiyac var.

Day.Az xəbər verir ki, bu barədə Türkiyə xarici işlər naziri Hakan Fidan Azərbaycan-Türkiyə-Özbəkistan xarici işlər, iqtisadiyyat/ticarət və nəqliyyat nazirlərinin 2-ci üçtərəfli görüşündə çıxışı zamanı deyib.

O qeyd edib ki, beynəlxalq sistemin ədaləti, sülhü, sabitliyi təmin edə bilmədiyi bir dövrdəyik.

"Qlobal problemlərin artdığı çətin bir dövrdən keçirik. Bununla yanaşı, Türk dünyası olaraq öz aramızda həmrəylimizi davam etdirərkən, digər tərəfdən mövcud problemlərin həlli üçün çalışırıq. Regionumuz üçün sülh, sabitlik, rifah üçün səy göstəririk", - deyə nazir əlavə edib.

Seçilən
8
day.az

1Mənbələr