AZ

Yuxunun keyfiyyəti bu xəstəliyə səbəb ola bilər – ARAŞDIRMA

Çin alimləri tərəfindən aparılan yeni bir araşdırma, yuxunun keyfiyyəti və müddətinin alzheimer xəstəliyinin inkişaf riskinə təsir edə biləcəyini ortaya qoyub.

Medianews.az xarici mediaya istinadən xəbər verir ki, mütəxəssislər REM (Rapid Eye Movement, Sürətli Göz Hərəkəti) mərhələsinə keçməkdə çətinlik çəkən insanların Alzheimer xəstəliyinə tutulma riskinin yüksək olduğunu bildiriblər.

Təqdim edilən araşdırmada, alzheimer xəstələrində də görülən amiloid və tau adlı zəhərli zülalların dərin yuxuya keçməkdə çətinlik çəkən insanların beynində toplanma ehtimalının daha yüksək olduğu müəyyən edilmişdir.

Mütəxəssislər, tapıntıların melatonin kimi dərmanların alzheimer xəstəliyinin inkişafını yavaşlata biləcəyini göstərdiyini bildirsələr də, bu mövzuda daha çox araşdırmaya ehtiyac var.

Kaliforniya Universitetindən Dr. Yue Leng, REM yuxusunun gecikməsinin beynin yaddaşın konsolidasiya qabiliyyətini pozduğunu və öyrənmə proseslərinin qarşısını aldığını bildirib. O, həmçinin deyib ki, bu vəziyyət stress hormonu kortizol səviyyəsini artıraraq beynin yaddaşı gücləndirən sahəsi olan hipokampusa zərər verə bilər.

REM yuxusu yuxu dövrünün son mərhələsini izləyir və adətən gecə ərzində dörd və ya beş dəfə baş verir. REM yuxusuna keçid yaşlılarda daha uzun ola bilər.

Çin-Yaponiya Dostluq Xəstəxanasının tədqiqatçıları orta yaşı 70 olan 128 insan üzərində araşdırma aparıblar. İştirakçıların yarısında alzheimer xəstəliyi, üçdə birində isə alzheimerin xəbərçisi sayıla bilən yüngül koqnitiv pozğunluq var idi. Qalan qrupda normal idrak funksiyaları var idi.

İştirakçılar iki qrupa bölündülər: erkən və gec REM yuxusu. Erkən REM qrupunda olan insanlar yuxuya getdikdən sonra orta hesabla 98 dəqiqə ərzində REM yuxusuna gedir, digər qrup isə 193 dəqiqədən çox vaxt keçirib. Alzheimer xəstələrində REM yuxusunun gecikməsi amiloid səviyyələrinin erkən REM yuxusuna nisbətən yüzdə 16, tau proteininin isə 29 faiz yüksək olmasına səbəb olub.

Tədqiqat həmçinin bu insanların beyinlərində alzheimer xəstəliyi ilə əlaqəli sağlam bir protein olan BDNF (Brain Derived Neurotrophic Factor) səviyyəsinin 39 faiz aşağı olduğunu ortaya qoyub.

Alimlər Alzheimer riski altında olan insanlara REM yuxusuna keçidi asanlaşdıracaq sağlam yuxu vərdişlərinə yiyələnməyi tövsiyə edirlər. Yuxu apnesi kimi pozğunluqların müalicə olunmalı və həddindən artıq spirtli içki qəbulundan qaçınılması lazım olduğu da vurğulanır.

Seçilən
3
medianews.az

1Mənbələr