AZ

Tramp bu şəxslərin cinsinin dəyişdirilməsini QADAĞAN ETDİ

ABŞ-da prezident Donald Trampın sərəncamı ilə yaşı 19-dan aşağı olan şəxslərin cinsiyyətinin dəyişdirilməsi əməliyyatı qadağan edilib.

Modern.az xəbər verir ki, bu barədə Ağ Evin dərc etdiyi sərəncamın mətnində deyilir.

"Bu təhlükəli tendensiya ölkəmizin tarixinə ləkə olacaq və buna son qoyulmalıdır".

Sənəddə daha sonra bildirilib: “Birləşmiş Ştatlar artıq yaşı 19-dan aşağı olanların “cinsi keçid”ini maliyyələşdirməyəcək, dəstəkləməyəcək, təşviq etməyəcək və həyatı dəyişdirən bu prosedurları qadağan edən və ya məhdudlaşdıran bütün qanunları ciddi şəkildə tətbiq edəcək”.

Prezident bütün qurumlardan Transgender Sağlamlığı üzrə Ümumdünya Peşəkar Assosiasiyasının təlimatlarına əsaslanan siyasəti dəyişdirməyi tələb edib.

Seçilən
13
modern.az

1Mənbələr