AZ

Azərbaycan, Özbəkistan və Türkiyə araınsda əməkdaşlığın inkişafı ilə bağlı əlavə imkanlar mövcuddur - Ceyhun Bayramov

Bakı.Trend:

Azərbaycan Respublikasının Xarici İşlər Naziri Ceyhun BayramovAnkarada Azərbaycan, Türkiyə və Özbəkistan Xarici İşlər,Ticarət/İqtisadiyyat və Nəqliyyat Nazirlərinin 2-ci ÜçtərəfliGörüşündə çıxış edib.

Trend xəbərverir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin "X" sosialmedia hesabında qeyd edilib.

C.Bayramov Azərbaycan, Türkiyə, Özəbkistan arasında üçtərəfliəməkdaşlığın çoxşaxəli xarakterini vurğulayaraq, təhlükəsizlik,iqtisadi inkişaf, ticarət, investisiya, infrastruktur vənəqliyyat-kommunikasiya da daxil olmaqla tərəfdaşlığın əsassahələrini qeyd edib.

Nazir üç ölkə arasında əməkdaşlığın, xüsusilə də Asiyanı Avropailə birləşdirən əsas ticarət və nəqliyyat marşrutu olan OrtaDəhlizinin inkişafı sayəsində daha da inkişaf etdirilməsi üçünəlavə imkanların olduğunu qeyd edib.

"Mövcud regional potensialdan istifadə edərək, Yaxın Şərq,Əfqanıstan da daxil olmaqla, daha geniş regionun sülhünə,təhlükəsizliyinə və inkişafına töhfə verilir", - o bildirib.

Seçilən
15
az.trend.az

1Mənbələr