AZ

Kənd təsərrüfatı naziri yeni stimullaşdırma tədbirlərinin anonsunu verdi

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



"İqlim dəyişikliyi, yağıntıların azalması dəmyə əkinlərdə məhsuldarlığın aşağı düşməsinin əsas səbəblərindən biridir".
Oxu.Az "Report"a istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında kənd təsərrüfatı naziri Məcnun Məmmədov dəmyə əkinlərin sahəsinin nisbətən azalması ilə bağlı sualı cavablandırarkən bildirib.
O qeyd edib ki, dəmyə əkinlərdə məhsuldarlıq ilk növbədə yağıntıların miqdarından asılı olur.
"Dəmyə ərazilərdə orta məhsuldarlığın aşağı düşməsi, əsasən, yağıntıların miqdarının azalması ilə bağlıdır. Başqa bir obyektiv səbəb isə həmin torpaqlarda fasiləsiz olaraq hər il eyni bitkinin becərilməsidir. Növbəli əkinin aparılmaması, torpaqların dincə qoyulmaması torpağın keyfiyyətinə mənfi təsir göstərir, məhsuldarlığı azaldır. Bu ildən başlayaraq torpaqların dincə qoyulmasının stimullaşdırılması istiqamətində müəyyən addımlar atılacaq", - deyə nazir əlavə edib.
Seçilən
4
oxu.az

1Mənbələr