“Cəbrayıl” yanvarın 31-də “Qaradağ Lökbatan”ın qonağı olacaq. Klubun himayədarı və direktoru Şahin Məmmədov “Football-plus.az”a son açıqlamasında “Qaradağ Lökbatan”la oyuna kimin rəhbərliyi altında çıxacaqların qərar vermədiklərini, baş məşqçinin bir neçə günə məlum olacağını söyləmişdi.
Görəsən, bu məsələ ilə bağlı yenilik varmı? Şahin bəyin cavabı:
“Baş məşqçi məsələsi ilə bağlı yenilik yoxdu. Ona görə də tam bir məlumat verə bilmirəm. Hələlik danışıq apardığımız məşqçilər yoxdu. Oyuna qədər, yəqin ki, baş məşqçi məsələsini həll edərik”.
ƏSƏD SEYİDOV