AZ

Astarada 101 yaşlı seçici səs verdi


Astarada 101 yaşlı seçici bələdiyyə seçkilərində səs verib.
Yeniavaz.com
APA-ya istinadən xəbər verir ki, Astara rayonunun Ərçivan qəsəbə sakini 101 yaşlı Məryəm Diyarova səhhətində yaranan problemlə bağlı 79 saylı seçki dairəsinin 31 saylı məntəqəsinə gedə bilməyib. O, seçki məntəqəsinə müraciət edərək səyyar seçki qutusunun evinə gətirilməsini istəyib. Müraciətə əsasən, seçki qutusu evə aparılıb və 101 yaşlı seçici səs verib.
Qeyd edilib ki, M.Diyarova indiyə kimi bütün seçkilərdə iştirak etdiyini deyib.
 


Seçilən
13
3
yeniavaz.com

4Mənbələr