Bu sözləri Demokrat.az-a açıqlamasında Milli Məclisin sabiq deputatı Vahid Əhmədov deyib.
Onun sözlərinə görə, bələdiyyə seçkiləri ilə əlaqədar Milli Məclisdə kifayət qədər qanunlar qəbul edilib, bələdiyyələr haqqında qanunlara dəyişiklik edilib:
"Ancaq bu gün onların fəaliyyətinə diqqət yetirdikdə görürük ki, ciddi fəaliyyətləri yoxdur. Faktiki olaraq icra hakimiyyəti orqanlarından asılı vəziyyətdədirlər. Ona görə bələdiyyələrdə müəyyən problemlər var. Ən əsas problem maliyyə problemidir. Doğrudur, son zamanlar bələdiyyələr tərəfindən müəyyən vergilərin həyata keçirilməsi və onların hesabına ötürülməsi, dövlət tərəfindən az da olsa vəsaitin ayrılması onların işinə müsbət yandan öz təsirini göstərib. Hesab edirəm ki, bələdiyyə insitutu çox vacib insitutdur".
Sabiq deputat bildirib ki, Türkiyədə olan bələdiyyə sistemini Azərbaycanda yaratmağa ehtiyac var:
"Buna da müəyyən vaxt lazımdır. Mətbuatda dəyişikliklər haqqında müzakirələr gedir. İcra hakimiyyəti orqanlarının ləğvi, Prezidentin təyin etdiyi nümayəndəliyin öz əksini tapması, bələdiyyələrin maliyyə gücünün möhkəmləndirilməsi vacibdir. Bələdiyyələr vacib dövlət orqanlarıdır. Seçkilər zamanı da çalışmaq lazımdır ki, ciddi nəzarət həyata keçirilsin. Son zamanlar bələdiyyələrin birləşdirilməsi səbəbindən onların sayı xeyli azaldılıb. Hesab edirəm ki, bu seçkilərdə yeni bələdiyyələr seçiləcək".
Əfsanə Kamal
Demokrat.az
10Mənbələr
-
teleqraf.comKönüllülüklə məşğul olan qrupların sayı artıb ( 15140931)
-
demokrat.az“Azərbaycanda da bələdiyyələrin rolu artmaqdadır” — AÇIQLAMA ( 15118505)
-
demokrat.azDeputat: “Daha ciddi şəkildə yerli idarəetmə sisteminin faydasından istifadə etməliyik” ( 15118231)
-
xezerxeber.azQan bankında olan qanlar əhalinin təlabatını ödəmir? VİDEO ( 15116721)
-
demokrat.az"Türkiyədə olan bələdiyyə sistemini Azərbaycanda yaratmağa ehtiyac var" — AÇIQLAMA ( 15116359)
-
yeniazerbaycan.comFransada işsizlərin sayı kəskin artıb ( 15074613)
-
sia.azFransada işsizlərin sayı kəskin artıb ( 15068843)
-
sia.azHəssas əhali qruplarından olan şəxslərə hansı xidmətlər göstərilir? - QURUMDAN AÇIQLAMA ( 15010447)
-
yeniazerbaycan.comAzərbaycana olan etimad platforması ( 14973861)
-
teleqraf.comZəfər Muzeyində toplanan eksponatların sayı açıqlandı: Qanlı bayraq, güllənin paraladığı pul... ( 14931171)