AZ

Malayziyadan Qəzzaya dəstək: Yenidən qurulacaq

Malayziyanın Baş naziri Ənvər İbrahim Qəzzanın yenidən qurulmasına dəstək üçün ilkin olaraq məktəblər, xəstəxanalar və məscidlər tikəcəklərini açıqlayıb.

"Cebheinfo.az" "Malay Mail”ə istinadən xəbər verir ki, Ənvər sözügedən dəstəyin dövlət və özəl sektor arasında əməkdaşlıq yolu ilə təmin ediləcəyini qeyd edib.

Ənver videomüraciətində "Bu, səylərimizin, icmaların və xalqın fədakarlığının bir hissəsidir. Allah bizi qorusun, Qəzza və Fələstinin təhlükəsizliyinə zəmanət versin" deyib. 

Qəzzada yenidənqurma işlərinin ilk mərhələsində məktəb, xəstəxana və məscid tikəcəklərini vurğulayan Ənvər gələcəkdə Yaponiya ilə əməkdaşlıq edəcəklərini və Yaponiyanın Malayziyanı İnkişaf üçün Şərqi Asiya Ölkələri Arasında Əməkdaşlıq Konfransına dəvət edəcəyini söyləyib. 

Fələstinin Qəzzanın yenidən qurulmasına diqqət yetirən CEAPAD həmsədrliyinə dəvət etdiyini söyləyib.

Ənvər Qəzzanın İsrailin hücumları nəticəsində demək olar ki, tamamilə yerlə-yeksan edildiyini və bölgədəki yenidənqurma işlərinin dəyərinin təxminən bir trilyon dollara çata biləcəyini qeyd edib.

Seçilən
3
1
cebheinfo.az

3Mənbələr