Demokrat.az xəbər verir ki bu sözləri 23 saylı Nəsimi-Səbail seçki dairəsinin 3 saylı seçki məntəqəsində səsvermədə iştirak edən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova deyib. O bildirib ki, bələdiyyə seçkilərinin beynəlxalq standartlara uyğun formada keçirilməsi onu deməyə əsas verir ki, səsvermə prosesinə hazırlıq işləri yüksək səviyyədə təşkil olunub.
“Namizədlərin təbliğat və təşviqat kampaniyası üçün bütün imkanlar yaradılıb. Onlar ödənişli və ödənişsiz efir vaxtından istifadə edərək öz proqramlarını seçicilərin diqqətinə çatdırıblar. Seçkilərin təşkili, qanuna müvafiqliyi, vətəndaşların azad və sərbəst şəkildə iradələrini ifadə etməsi artıq müzakirə mövzusu deyil. Seçicilərin tam sərbəst qaydada səsvermədə iştirak etməsi faktdır. Təcrübə göstərir ki, həm seçicilər, həm namizədlər həm də seçki prosesini hazırlayanlar heç bir mənaeə və problemlə qarşılaşmayıblar. Bu prosesləri diqqətlə izlədiyim üçün seçkilərə hazırlıq prosesində ciddi bir nöqsan müşahidə etməmişəm. Hesab edirəm ki, seçki prosesi normal və qanunlara uyğun davam edir”, - deyə Bahar Muradova vurğulayıb.