Ankarada Türkiyə-Azərbaycan-Özbəkistan İnvestisiya Forumu keçirilib.

Leqal.info xəbər verir ki, bunu Türkiyənin ticarət naziri Ömər Bolat Türkiyə, Azərbaycan və Özbəkistan arasında II üçtərəfli görüşünün açılış mərasimində bildirib.

O qeyd edib ki, foruma hər üç ölkənin özəl sektorunun nümayəndələri qatılıb.

Nazir, həmçinin vurğulayıb ki, 132 milyon əhaliyə sahib 3 ölkə ümumilikdə 1,5 trilyona yaxın ÜDM ilə bölgə və dünya iqtisadiyyatı üçün böyük önəm kəsb edir.

Leqal.info