AZ

Həkimlərdən qəhrəmanlıq: Ürəyinə bıçaq batan xəstə xilas edildi

Rusiyada həkimlər növbəti dəfə qəhrəmanlıq nümayiş etdiriblər. Onlar Ryazan Regional Klinik Xəstəxanasında ürəyində bıçaq yarası olan bir kişini ölümdən xilas ediblər. Bu barədə tibb müəssisəsinin mətbuat xidməti məlumat yayıb.

Qeyd edilib ki, kişi son dərəcə ağır vəziyyətdə, qan təzyiqi kəskin şəkildə aşağı düşmüş halda və çoxlu qan itkisi ilə xəstəxanaya yerləşdirilib. Həkimlər müəyyən ediblər ki, qurbanın böyük venalardan qan axdığı və ürəyin kameralarından biri olan atriumu zədələnib.

“Dərhal müvafiq qərarlar qəbul edildi və aidiyyəti üzrə işlər görüldü. Cərrahlar qanaxmaya nəzarət edib, tikişlər atarkən, transfuzion cərrah və anestezioloq xüsusi qan qaytarma aparatından keçirərək xəstənin qan itkisini elə öz qanı ilə tamamladılar”, - deyə xəstəxanadan bildirilib.

Qeyd edək ki, ürəyin açıq zədələnməsi halında sağ qalma ehtimalı yüzdə beş, bəlkə də daha az faizə bərabər sayılır.

Tural

Seçilən
3
news365.az

1Mənbələr