Bakı, 29 yanvar, AZƏRTAC
Asiya İnkişaf Bankı Filippinin təbii fəlakətlərə davamlılığını artırmaq üçün 500 milyon dollar məbləğində krediti təsdiqləyib.
AZƏRTAC Filippinin dövlət agentliyi olan PNA-ya istinadla xəbər verir ki, Asiya İnkişaf Bankı maliyyə dayanıqlığını artırmaq və bərpa səylərini təmin etmək üçün gərəkli islahatları dəstəkləyir.
Qeyd edək ki, dünya risk hesabatına görə, Filippin 2024-cü ildə fəlakət riskinə görə ən yüksək yer tutur.