Cənubi Sudanda havaya qalxan təyyarə qısa müddət sonra qəzaya uğrayıb.
News24.az xəbər verir ki, Miraya radiosu təyyarə qəzasını təsdiqləyib.
Radio ilkin məlumatlara görə, təyyarənin qəzaya uğraması nəticəsində 18 nəfər həyatını itirib, qəzadan sağ çıxan 3 nəfərin isə səhhəti kritikdir.
Səlahiyyətlilər bildiriblər ki, qəzanın səbəbləri ilə bağlı araşdırmalar davam edir. İlkin qiymətləndirmələrə görə, qəzaya texniki nasazlığın və ya əlverişsiz hava şəraitinin səbəb ola biləcəyi vurğulanır.
Günel Məlikzadə