AZ

Azərbaycan şəhəri silkələnir: türklər təhqir edildi, Kartal dəstəklədi – VİDEO

Türkiyə millisinin keçmiş futbolçusu, ölkədə bir neçə klubda məşqçi olaraq çalışmış İsmail Kartalın İranın “Persepolis” klubuna baş məşqçi təyin edilməsi ətrafında qalmaqal davam edir.

Turkustan.az xəbər verir ki, təyinat gerçəkləşdikdən sonra “Persepolis” Təbrizin “Traktor” klubu ilə qarşılaşıb. Qarşılaşma 2:0 güney təmsilçisinin məğlubiyyəti ilə başa çatıb. Lakin “Persepolis”in İranda ən irqçi klub olaraq tanındığı, illərdir türkləri təhqir etdiyi ortaya çıxıb. Son oyunda da klub tərəfdarları güneylilərin, ümumilikdə türklərin ünvanına yüksək səslə təhqirlər səsləndiriblər. Hətta matçdan sonra da futbolçuların eyni addımı atdığı bildirilir. Oyundan sonra azarkeşlər arasında şiddətli qarşıdurmanın yaşandığı, bir neçə nəfərin yaralandığı deyilir. Xəsarət alanların əksəriyyəti isə güneylilərdir.

Bunun fonunda Türkiyə mediası qalibiyyəti (2:0) İsmail Kartalın böyük uğuru kimi təqdim edib. “Traktor”la oyundan sonra “Kartalın klubu İranın məğlubedilməzini yendi” başlıqlı məqalələr yazılıb, televiziya proqramlarında sujetlər hazırlanıb. Kartalın ünvanına təbriklər səsləndirilib. Bu məsələ Güney Azərbaycan və “Traktor” fanatları arasında ciddi narazılıqla qarşılanıb. Bir türkün digər türkləri illərdir təhqir edən irqçi kluba baş məşqçilik təklifini təbul etməsinin doğru olmadığı bildirilir.

“Persepolis” futbolçuları və azarkeşləri Kartalın təyinatını da fürsət bilərək güneyliləri aşağılamağa cəhd ediblər. Onlar türk baş məşqçinin qatqısı ilə elə türk təmsilçisini məğlub etdiklərini bildiriblər. İ.Kartalın baş verənlərə susması onun baş verənləri dəstəkləməsi kimi dəyərləndirilib.

“Traktor” klubu rəsmi bəyanat yayaraq “Persepolis”in irqçiliyi və güneyliləri aşağılama cəhdləri səbəbilə ölkənin Futbol Federasiyasına şikayət ünvanlayacağını qeyd edib. Əgər İranda aidiyyəti orqanlar tədbir görməsə, güney təmsilçisi bu dəfə FİFA-ya şikayət ünvanlayacağını açıqlayıb./globalinfo.az

Seçilən
15
turkustan.az

1Mənbələr