AZ

Tramp 709 azərbaycanlını DEPORTASİYA ETDİ – VİDEO

Tramp 709 azərbaycanlı və minlərlə türk vətəndaşını deportasiya edib.

İnterpress.az xəbər verir ki, ABŞ-də immiqrasiya orqanları deportasiya ilə üzləşən 1,445 milyondan çox miqrantın siyahısını dərc edib.

Onların arasında:

3103 Türkiyə vətəndaşı;
3518 rus;
2808 erməni;
1862 ukraynalı;
709 azərbaycanlı var

Türkiyə vətəndaşları tərəfindən Meksika-Amerika sərhədini qeyri-qanuni keçmə hallarının artması 2022-ci ildə baş verib və o zaman Amerika televiziya kanalı News Nation tərəfindən işıqlandırılıb.

Sosial şəbəkələrdə Amerika immiqrasiya agentliyinin SSRİ-yə, 845-ni isə Yuqoslaviyaya deportasiya etməyi planlaşdırdığı 337 qeyri-qanuni immiqrant da diqqət çəkib.

Deportasiya edilənlərin ən çoxu aşağıdakılardır:

Honduras: 261,651

Qvatemala: 253,413

Meksika: 252.044

El Salvador: 203,822

Bundan əlavə, deportasiya ilə üzləşənlər arasında 37 908 Çin vətəndaşı və 17 940 Hindistan vətəndaşı da var.

Xuraman Etibarlı

İnterpress.az

Seçilən
22
9
interpress.az

10Mənbələr