“16 saylı Yasamal ikinci seçki dairəsinin 3 saylı seçki məntəqəsində 1348 seçici qeydiyyatdadır. Bir seçicimizin bu gün 18 yaşı tamam olur. Bu gün onun üçün əlamətdar bir tarixdir”.
Bunu AZƏRTAC-a açıqlamasında 16 saylı Yasamal ikinci seçki dairəsinin 3 saylı seçki məntəqəsinin sədri Mübariz Hümmətov deyib.
Məntəqə sədri bildirib ki, yaşı 80-dən yuxarı olan 3 seçiciyə daşınan qutu aparılacaq.
16 saylı Yasamal ikinci seçki dairəsinin 4 saylı seçki məntəqəsinin sədri Eldəniz Məhərrəmov isə vətəndaşların bələdiyyə seçkilərində aktiv iştirakından məmnunluğunu ifadə edib: “Məntəqə üzrə seçicilərin sayı 1365 nəfərdir. Seçici fəallığı yaxşıdır. Sevindirici haldır ki, yaşlı vətəndaşlarımız da həvəslə məntəqəyə gəlib səs verirlər”.
Müşahidəçi Tacir İsmayılzadə isə saat 08:00-dan etibarən açılan hər iki məntəqəyə seçicilərin aktiv şəkildə üz tutduğunu bildirib: “Vətəndaşlar bələdiyyə seçkilərində öz səsvermə hüquqlarından qanunvericiliyə uğun şəkildə istifadə edirlər. Ötən müddət ərzində heç bir qanun pozuntusuna rast gəlinməyib”.