AZ

XİN rəhbəri: Suriya Azərbaycan, Türkiyə və Özbəkistan üçün yeni əməkdaşlıq platforması olacaq

Qəzzada əldə edilmiş atəşkəsə əməl etmək vacibdir.

"Report"un məlumatına görə, bunu Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Ankarada keçirilən Azərbaycan-Türkiyə-Özbəkistan xarici işlər, iqtisadiyyat/ticarət və nəqliyyat nazirlərinin 2-ci üçtərəfli görüşündən sonra üç ölkənin xarici işlər nazirlərinin birgə mətbuat konfransında deyib.

O qeyd edib ki, Azərbaycan İsrail-Fələstin münasibətində ikidövlətli həll yolunu dəstəkləyir.

Suriyadakı vəziyyətdən də söz açan Ceyhun Bayramov vurğulayıb ki, Suriyadakı müsbət proseslər hesabına ora Azərbaycan, Türkiyə və Özbəkistan üçün yeni əməkdaşlıq platformalarından biri olacaq.

Seçilən
3
50
report.az

10Mənbələr