AZ

İlk dəfə səs verən gənc: Həm məsuliyyətli, həm də qürurverici an yaşayıram

Lənkəran, 29 yanvar, İlkin Adıyev, AZƏRTAC

Bələdiyyə seçkiləri ölkəmizin demokratik inkişafında mühüm mərhələlərdən biri olmaqla yanaşı, vətəndaşların cəmiyyət həyatında fəal iştirakını təmin edir. İlk dəfə səs verən gənclər isə bu prosesdə xüsusi əhəmiyyət daşıyır.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, belə gənclərdən biri Lənkəran şəhər sakini Orxan Abdulzadədir. O, 77 saylı Lənkəran şəhər seçki dairəsinin 3 saylı məntəqəsində səs verib.

İlk dəfə səs verən gənc hisslərini belə ifadə edib: “Yanvarın 10-da 18 yaşım tamam oldu. Çox həyəcanlıyam, ilk dəfə səs verirəm. Həm məsuliyyətli, həm də qürurverici an yaşayıram. Bu seçkilərin ölkəmizin inkişafına töhfə verəcəyinə inanıram”.

Seçilən
4
azertag.az

1Mənbələr