Cüdo üzrə Azərbaycan millisi bu il ölkədən kənarda ikinci təlim-məşq toplanışını keçirir.
İdman.biz xəbər verir ki, Belçikanın Herstal şəhərində Avropa Cüdo İttifaqının təlim-məşq toplanışı təşkil olunub.
Orada olimpiya çempionu Zelim Kotsoyev (100 kq) və digər cüdoçularımız iştirak edir.
Məşq toplanışına Sloveniya, Türkiyə, Belçika və bir çox başqa ölkələrin komandaları qatılıb.
Məşqlər yanvarın 30-dək davam edəcək.
İdman.biz