Əgər gələn bazar günü parlament seçkiləri keçirilsə, Ermənistan vətəndaşlarının yalnız 11,3%-i hakim “Mülki Müqaviləsi” partiyasına səs verməyə hazırdır.
KONKRET.az xəbər verir ki, Ermənistan mətbuatının verdiyi məlumata görə, bu barədə “Gallup International Аssociation”un rəhbəri Aram Navasardyan mətbuat konfransında bildirib.
“Bu, 2018-ci ildən bəri ən aşağı göstəricidir”, deyə o, qeyd edib.
Navasardyanın sözlərinə görə, bu, yanvarın 20-22-də 1,1 min vətəndaş arasında keçirilən sorğunun nəticələrinə əsasən məlum olub.
Rəsmiyyə Şərifova,
KONKRET.az