AZ

Mikel Arteta: “Jirona” layiq olduğu nəticələrə nail olmayıb”

“Arsenal”ın baş məşqçisi Mikel Arteta Çempionlar Liqasının Liqa mərhələsinin 8-ci turunun “Jirona” ilə səfər oyunundan gözləntisini paylaşıb.

Arena.az UEFA-nın rəsmi saytına istinadən, ispan mütəxəssisin bu barədə fikrini təqdim edir:

“Son bir neçə ildə böyük qənimətlərə çox yaxın olmuşuq. Biz növbəti mərhələyə keçməliyik. Mən UEFA Çempionlar Liqasında “Jirona”nın bütün oyunlarına baxmışam. Bu komandanı bəyənirəm, məşqçisini bəyənirəm. Onlar layiq olduqları nəticələrə nail olmayıblar”, deyə Mikel Arteta rəqibə hörmətlə vurğulayıb.

7 turdan sonra “Arsenal” UEFA Çempionlar Liqasının Liqa mərhələsinin yarış cədvəlində 16 xalla 3-cü, “Jirona” isə 3 xalla 31-ci pillədə qərarlaşıb.

“Jirona” – “Arsenal” oyunu bu gün, yanvarın 29-da baş tutacaq. Hakim oyunu Bakı vaxtı ilə saat 00:00-da (30 yanvar) başladacaq.

Seçilən
1
arena.az

1Mənbələr