ABŞ-nin keçmiş prezidenti Co Bayden Rusiya ilə silahlı münaqişə başlayana qədər Ukraynaya kifayət qədər yardım göstərməyib.
Yenicag.az xəbər verir ki, bu barədə Ukrayna prezidenti Volodimir Zelenski “Fox News” telekanalına müsahibəsində bildirib.
“Ukraynalılar özbaşına qaldılar və biz təkbaşına döyüşdük”, – deyə o, ifadə edib.
Zelenski Baydeni vəzifəsindən getdikdən sonra Rusiyaya qarşı qabaqlayıcı sanksiyalardan imtina etdiyinə görə tənqid edib. Onun sözlərinə görə, ABŞ-nin keçmiş prezidentinin hərəkətləri Avropa İttifaqı ölkələrindən Kiyevə kifayət qədər yardım göstərilməməsinə təsir edib. Siyasətçi vurğulayıb ki, Avropa dövlətləri “həmişə ABŞ-yə lider kimi baxırlar”.