AZ

Paşinyandan antirekord: Reytinqi aşağı düşür

Sorğuda iştirak edən respondentlərin 11.3 faizi qarşıdakı bazar günü Ermənistanda parlament seçkiləri keçirilərsə, hakim “Vətəndaş Müqaviləsi” Partiyasına səs verəcəyini bildirib.​

Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistanın MPG sorğu şirkətinin direktoru Aram Navasardyan məlumat verib.

Qurum rəhbəri qeyd edib ki, bu, Baş nazir Nikol Paşinyanın partiyası üçün indiyədək qeydə alınan ən aşağı göstəricidir.

Navasardyan əlavə edib ki, respondentlərin 6.8 faizi “Demokratiya, Qanun və Nizam-İntizam” Partiyası, 6.5 faizi “Ermənistan” bloku, 2.4 faizi “Çiçəklənən Ermənistan” Partiyası, 2.3 faizi “Şərəfim Var” bloku, 1.8 faizi “Respublika” Partiyası, 0.9 faizi “İşıqlı Ermənistan” Partiyası və 0.5 faizi “Vətən Uğrunda” Hərəkatını seçib.

Respondentlərin 13.3 faizi hamısının əleyhinə səs verəcəyini və 27.2 faizi seçkilərdə iştirakdan imtina edəcəyini bildirib, 10.2 faizi cavab verməkdən imtina edib, 15.4 faizi də cavab verməkdə çətinlik çəkib.


Müəllif: Mənsur Rəğbətoğlu
Seçilən
4
teleqraf.com

1Mənbələr