AZ

MKİ-nin Ağ Evlə razılaşdırılan MÜDAXİLƏ PLANI: Putini Mişustin əvəz edərsə… – FOTO

“Ağ Evin yeni sahibi Donald Trampa yaxınlığı ilə tanınan və Rusiya-Ukrayna müharibəsi başlayandan sonra Kreml sahibi Vladimir Putindən müsahibə ala bilən yeganə amerikalı jurnalist Taker Karson qaş düzəltmək istəyərkən, göz çıxarıb. O, həmkarı Mett Taibbiyə müsahibəsində deyib ki, guya Co Bayden ABŞ prezidenti olduğu müddətdə administrasiya Rusiya Prezidenti Vladimir Putini sıradan çıxarmağa cəhd edib”.

Medianews.az xəbər verir ki, bu barədə politoloq Elxan Şahinoğlu bildirib.

O qeyd edib ki, belə bir planın olub-olmadığını iddia etmək çətindir.

MKİ-nin Ağ Evlə razılaşdırılan MÜDAXİLƏ PLANI: <span style=color:red>Putini Mişustin əvəz edərsə... - FOTO

Politoloqun qənaətincə, bəlkə də Vaşinqtonda hesab ediblər ki, Putin olmasa Rusiya müharibəni dayandıracaq: “Bunda müəyyən qədər məntiq var. Misal üçün, Putinin yerinə baş nazir Mixail Mişustin keçərsə, böyük ehtimalla o müharibənin davamında maraqlı olmayacaq. O baş nazir təyin olunandan bu yana bir dəfə də müharibə barədə fikir bildirməyib. Mişustin müharibənin Rusiya iqtisadiyyatına dağıdıcı zərbə vurduğunu anlamamış deyil. O ki qaldı, Vaşinqtonun Putini aradan götürmək planına, ABŞ tarixində belə hallar az olmayıb. Mərkəzi Kəşfiyyat İdarəsinin Kubanın keçmiş lideri Fidel Kastronun öldürmək üçün müxtəlif planları olub, sadəcə reallaşdıra bilməyib. Mərkəzi Kəşfiyyat İdarəsi 1973-cü ildə çevriliş yolu ilə Çilinin solçu prezidenti Salvador Alyendeni general Auqusto Pinoçetlə əvəz edə bilib. Doğrudur, bu zaman Alyende həlak olub və Pinoçetin hərbi xuntası minlərlə çililinin ölümünə səbəb olub”.

MKİ-nin Ağ Evlə razılaşdırılan MÜDAXİLƏ PLANI: <span style=color:red>Putini Mişustin əvəz edərsə... - FOTO

E.Şahinoğlu deyib ki, o dövrdə minlərlə insanın ölümü Vaşinqtonu az narahat edib: “Karslon düşünüb ki, Donald Tramp Bayden administrasiyasının “Putin yoxdursa, problem də yoxdur” prinsipini bəri başdan rədd edəcək. Həqiqətən Tramp Ağ Evdə ilk günlərdən başlayaraq, Baydenin bir çox qərarını ləğv edib. Ancaq bəzi məsələlərdə davamlılıq istisna deyil. Keçmiş prezident Duayt Eyzenhauer 1961-ci ildə kreslosunu seçkidə qələbə qazanan Con Kennediyə təhvil verəndə Mərkəzi Kəşfiyyat İdarəsi Kubaya qarşı müdaxilə planı hazırlamışdı. Kennedi planı bəyənməsə də, mexanizm işə düşmüşdü və Ağ Evin yeni sahibi Mərkəzi Kəşfiyyat İdarəsinə “yox” deyə bilmədi. Müdaxilə Amerika üçün məğlubiyyətlə nəticələnsə də, Kennedi sələfinin hazır planından imtina edə bilməmişdi. Eyni ilə Tramp üçün maraqlı olsa, o da Mərkəzi Kəşfiyyat İdarəsinin və Pentaqonun əvvəlcədən hazırlanan planlarına “hə” demək məcburiyyətində qala bilər”.

Nailə QASIMOVA

Seçilən
12
medianews.az

1Mənbələr