Dortmund "Borussiya"sının baş məşqçi postuna daha bir namizəd açıqlanıb.
Fanat.Az xəbər verir ki, informasiyanı "Ruhr Nachrichten" yayıb.
Məlumata görə, hazırda Avstriya millisini çalışdıran Ralf Ranqniklə razılığa gələ bilməyən "arılar"ın rəhbərliyi "Bayern Münhen"in sabiq baş məşqçisi Niko Kovaça təklif göndərib. Mənbə tərəflərin görüşdüklərini və istefaya göndərilən Nuri Şahinin yerini məhz xorvat mütəxəssis Kovaçın tutacağının daha inandırıcı olduğunu vurğulayıb.
Xatırladaq ki, "Bayern"in "sükanı arxası"nda Bundesliqanın, Almaniya Kubokunun və Superkubokunun qalibi adını qazanan Kovaçın son iş yeri "Volfsburq" olub.
Nihat