1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
Çexiya Milli Bankının rəhbəri Aleş Mixl respublikanın ehtiyatlarından milyardlarla avronu "Bitcoin"lərə yatırmaq istəyini ifadə edib.
Oxu.Az-ın xəbərinə görə, bu barədə "Financial Times" (FT) nəşrinin dərc etdiyi yazıda bildirilib.
"Çexiya Milli Bankının rəhbəri ölkənin ehtiyatlarından milyardlarla avronu "Bitcoin"ə yatırmaq istəyir. Bu da onu Qərbin kriptovalyutalara sahib olan ilk mərkəzi bankına çevirə biləcək innovativ addımdır", - deyə nəşr yazıb.
Mixlin sözlərinə görə, "Bitcoin" Çexiya aktivlərinin diversifikasiyasına xidmət edə bilər. Eyni zamanda Çexiya Milli Bankının rəhbəri qeyd edib ki, həmkarları "Bitcoin" ilə bağlı "tamamilə fərqli fəlsəfəyə" malikdirlər.