İlon Mask ABŞ hökumətinin gündə 1 milyard ABŞ dollarına qənaət edir.
Sfera.az xəbər verir ki, bu barədə Hökumət Səmərəliliyi Nazirliyi (DOGE) məlumat yayıb.
Məlumata görə, o, bu rəqəmi gündə 3 milyard dollara çatdıracaq.
"DOGE, ilk növbədə, lazımsız vəzifələrdə insanların işə götürülməsini dayandırmaqla, DEI (müxtəliflik, bərabərlik və daxilolma) proqramlarını aradan qaldırmaq və xarici təşkilatlara lazımsız ödənişlərə son qoymaqla federal hökumətə gündə təxminən 1 milyard dollar qənaət edir. Bunların hamısı prezidentin icraçı sərəncamlarına uyğundur”, - departamentdən bildirilib.
Qeyd edək ki, İlon Mask ABŞ Prezidenti Donald Tramp tərəfindən DOGE - Hökumətin Səmərəliliyi Departamentinin rəhbəri vəzifəsinə təyin edilib. Adına baxmayaraq, DOGE federal hökumətin tərkibində tam hüquqlu nazirlik olmayacaq. Belə bir departamentin yaradılması ABŞ Konqresinin təsdiqini tələb edir. DOGE kənardan təlimat və məsləhətlər verəcək.
Fidan