AZ

İtaliyanın Baş naziri barəsində istintaq başladılıb

İtaliyanın Baş naziri Ciorcia Meloni barəsində istintaq başladılıb.

Korrespondent.az yerli KİV-ə istinadən bildirir ki, Ciorcia Meloni sosial media hesabında paylaşdığı videoda dövlət ittihamçısı tərəfindən imzalanmış istintaq bildirişi aldığını deyib.

“Beynəlxalq Cinayət Məhkəməsi tərəfindən axtarışa verilən liviyalı səhra komandiri İtaliyada saxlanıldıqdan sonra sərbəst buraxılaraq ölkəsinə göndərildiyi üçün prokurorluq mənim barəmdə məhkəmə istintaqına başlayıb. Liviya vətəndaşı Nacim Üsema Əlmasri Habişin keçən həftə azadlığa buraxılması və repatriasiyası ilə əlaqədar cinayətə kömək göstərmək və dövlət resurslardan sui-istifadə etmək iddiası ilə istintaq bildirişi almışam”, - deyə Ciorcia Meloni bildirib.

Baş nazir oxşar istintaq bildirişlərinin daxili işlər naziri Matteo Piantedosiyə, ədliyyə naziri Karlo Nordioya və dövlət katibinin kəşfiyyat üzrə müşaviri Alfredo Mantovanoya da göndərildiyini bildirib.

Seçilən
1
8
korrespondent.az

10Mənbələr