AZ

Fərarilik və kadr çatışmazlığı ukraynalıların irəliləməsinə mane olur -"Die Welt"

Fərarilərin sayının artması və Ukrayna Silahlı Qüvvələrində heyətin az olması Kiyevin hücumlara keçməsinə imkan vermir. Bu fikirlər "Die Welt"də dərc olunan məqalədəndir.

Müəllif qeyd edib ki, 2024-cü ilin yazından etibarən Kiyev rəsmiləri hər ay Ukrayna Silahlı Qüvvələrinə təxminən 30 min yeni çağırışçı cəlb edir. Eyni zamanda, ukraynalıların hücuma keçə bilməməsinin əsas səbəblərindən biri onların bölmələrinin canlı qüvvə sarıdan problemlər yaşamasıdır.

Qəzet Ali Radanın Milli Təhlükəsizlik Komitəsinin üzvü Sergey Raxmaninə də istinad edib. Məqalədə yazılıb ki, fərarilik və bölmələrin icazəsiz tərk edilməsi halları səfərbərlik planını poza bilər. Yeni çağırışların sayı fərarilik hallarının sayını artırarsa, Ukrayna Silahlı Qüvvələrinin əraziləri əldə saxlaması üçün kifayət qədər şəxsi heyəti olmayacaq.

Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçib. Ukrayna qoşunları 2023-cü ilin iyunundan əks-hücum əməliyyatlarına başladılar. Amma bu da uğurlu olmadı. Ötən il isə Kiyev gözlənilmədən Rusiya ərazisinə hücum etdi. Ukrayna qoşunları hazırda Kurskun bir hissəsinə nəzarət edirlər. Son aylarda isə Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişə bilib.

Tural

Seçilən
3
news365.az

1Mənbələr