AZ

Əsədlə gizli görüşən: ABŞ-da kəşfiyyatın başına gəlir

 ABŞ prezidenti Donald Tramp tərəfindən kəşfiyyat rəhbəri vəzifəsinə namizədliyi irəli sürülən və namizədliyinin cümə axşamı təsdiqlənəcəyi gözlənilən Tulsi Qabbardın devrilmiş rejimin başçısı Bəşər Əsədlə gizli görüşü mətbuatın gündəm mövzusuna çevrilib. Qabbard təsdiqlənərsə, o, CIA və FBI daxil olmaqla, bütün kəşfiyyat agentliklərinə nəzarət etmək səlahiyyətinə sahib olacaq. 

Sherg.az xəbər verir ki, Qabbardın namizədliyinə ən böyük reaksiya onun səkkiz il əvvəl yanvar ayında Suriyanın devrilmiş lideri Bəşər Əsədlə gizli görüş keçirməsidir. Associated Press (AP) xəbər verir ki, görüşlə bağlı həm qanunvericilər, həm də vətəndaş cəmiyyəti qrupları o zaman Havayda konqresmen olan Qabbardın ünvanına ciddi ittihamlar səsləndiriblər. Respublikaçı konqresmenlərdən biri hətta bu görüşü “biabırçılıq” adlandırıb.

Qabbard həmin vaxt səfəri müdafiə edərək, təhlillərə görə, uzun və qanlı münaqişənin sülh yolu ilə həllini tapmağa çalışdığını söyləyib. Bununla belə, iki nəfərin nə haqda danışdıqlarının təfərrüatları sirr olaraq qalır.

Tramp Qabbardın namizədliyi ilə bağlı tənqidlərə belə cavab verib: "Putinlə görüşdüm. Çin prezidenti Xi ilə görüşdüm. Kim Çen Inla iki dəfə görüşdüm. Bu, prezident ola bilməyəcəyim anlamına gəlirmi?" deyib.


Tulsi Gabbard (1981-ci ildə anadan olub) 2013-cü ildən Havay adalarının 2-ci konqres dairəsi üzrə ABŞ nümayəndəsi vəzifəsində çalışmış amerikalı siyasətçi və hərbi veterandır. 1999-2022-ci illərdə Demokrat Partiyasının üzvü olan Tulsi Qabbard daha sonra Respublikaçılar Partiyasına keçib. İlk dəfə 2012-ci ildə seçilən Qabbard ABŞ Konqresinin ilk Samoa-Amerika və Hindu üzvü oldu.

Seçilən
18
sherg.az

1Mənbələr