AZ

Analitik: Paşinyan birbaşa cinayətkardır və məsuliyyətə cəlb olunmalıdır

Azərbaycan tərəfi 44 günlük savaş müddətində Gəncə, Tərtər və Bərdəyə atılan raketləri, eyni zamanda, Mingəçevir Su Elektrik Stansiyasını vurma cəhdini unutmayıb

 Bəlkə Paşinyan həmin separatçıları “kurort zona”da görmək istəyir, biz bilmirik

Ermənistan rəhbərliyi tərəfindən verilən açıqlamaları düzgün hesab etmirik. Bunu Teleqraf.com-a açıqlamasında Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Ermənistanın Baş naziri Nikol Paşinyanın Bakıda hərbi cinayətlərdə ittiham edilən erməni əsilli şəxslərə qarşı psixotrop maddələrin tətbiq olunması ilə bağlı səsləndirdiyi iddialarına münasibətini bildirərkən deyib.
 O bildirib ki, Azərbaycan Respublikasında Ermənistanın Azərbaycana qarşı təcavüzünün tərkib hissəsi olaraq bu prosesdə iştirak etməkdə təqsirli bilinən şəxslərlə əlaqədar məhkəmə prosesi davam edir. Məhkəmə tam obyektiv, ədalətli şəkildə həyata keçirilir. 
Həmçinin qeyd edib ki, məhkəmənin işinə bu formada müdaxilə edilməsi cəhdlərini düzgün hesab etmirik. Təqsirləndirilən şəxslərin bütün hüquqları tam şəkildə təmin olunub. Onlar tərəfindən verilən ifadələrin ölkəmizin kütləvi informasiya vasitələrində işıqlandırılması təmin edilir. Ona görə də Ermənistan rəhbərliyinin bu açıqlamalarını düzgün hesab etmirik. Ümumiyyətlə, məhkəmə prosesi sübut edir ki, burada ən vacib məsələlərdən biri Ermənistan Respublikasının dövlət məsuliyyətidir. Bu prosesdə təqsirləndirilən şəxslərin özlərinin də ifadələri əsasında o fikrə gəlmək olur ki, tapşırıqlar bilavasitə Ermənistan Respublikası tərəfindən verilib. Ermənistan Respublikası təcavüzkar və işğalçı dövlət olub və Ermənistandan verilən əmrlər də yerində müxtəlif şəxslər tərəfindən icra edilib. Amma yenə də məhkəmənin yekun nəticələri haqda bir söz demək düzgün olmazdı. Məhkəmə prosesi çərçivəsində bütün təqsirləndirilən şəxslərin məsuliyyəti tam şəkildə təmin olunacaq. Burda ən vacib məsələ ədalətin təmin olunmasıdır. Bu ədaləti Azərbaycan xalqı gözləyir.


AĞ Partiya sözçüsü, siyasi şərhçi Cavanşir Abbaslı “Sherg.az”a bildirib ki, Hikmət Hacıyev Nikola çox yerində və tutarlı cavab verib:

“Hesab edirəm ki, Paşinyan belə fikirlərlə beynəlxalq aləmin diqqətini tam şəkildə Bakıda gedən məhkəməyə yönəltmək istəyir. Əslində bununla özü və digər cinayətkarları diqqətdən yayındırmaq məqsədi güdür. Bakıda gedən məhkəmədə verilən ifadələrin hər birində separatçılar sifarişi Ermənistan hakimiyyətindən aldıqlarını bildirirlər. Bu sifarişlərin də bir qismi Paşinyan iqtidarı dönəminə təsadüf edir. Yəni İkinci Qarabağ savaşını nəzərdə tuturam. Paşinyan unutmasın ki, Azərbaycan tərəfi 44 günlük savaş müddətində Gəncə, Tərtər və Bərdəyə atılan raketləri, eyni zamanda, Mingəçevir Su Elektrik Stansiyasını vurma cəhdini unutmayıb. Bütün bunlara görə Paşinyan birbaşa cinayətkardır və cinayət məsuliyyətinə cəlb olunmalıdır. Gec-tez bu da baş verəcək”.

Eskpert qeyd edib ki, hazırda Bakıdakı məhkəmələrdə “bülbül kimi ötən” quldurlar da zamanında çox yekə-yekə danışırdılar:
“Bakıda çay içəcəklərini deyirdilər, indi Bakıda dəmir barmaqlıqlar arxasından baxırlar. Paşinyan belə fikirlərlə məhkəmənin işinə birbaşa müdaxiə edir. Doğrudur, Azərbaycana qarşı daim ikili standartlardan çıxış edən beynəlxalq qurumlar da ölkəmizə qarşı qərəzli bəyanatlar səsləndirirlər. Guya separatçıların hüquqları pozulur. Bir sual yaranır ki, niyə Dilqəm və Şahbaz öz dədə-baba torpaqlarına getdikləri zaman əsir götürülüb qondarma rejimin qondarma məhkəməsi tərəfindən mühakimə olunanda o təşkilatlar susurdu? Azərbaycan tərəfi bəlkə quldurbaşları Dilqəm və Şahbaz kimi məhkəməyə gözübağlı gətirir? Yaxud onlara içəridə işgəncələr verir? Məhkəmə prosesləri telekanallarda yayımlanır, ən böyük zalda keçirilir və ictmaiyyətə açıqdır. Başqa nə olmalıdır? Bəlkə Paşinyan həmin separatçıları “kurort zona”da görmək istəyir, biz bilmirik. Bir sözlə “it hürər karvan keçər”. Biz qanun çərçivəsində həmin separatçılara haqq etdikləri hökmü oxuyacağıq. Buna heç kəsin şübhəsi olmasın. Digər məsələlərdə olduğu kimi, bu məsələdə də Ali Baş Komandan İlham Əliyevin iradəsi ortadadır”.
Seçilən
4
sherg.az

1Mənbələr