“Google”un “YouTube” platforması Rusiyada tətbiq etdiyi məhdudiyyətlərə görə kəsilən cərimələri ödəməmək üçün müqavimətini davam etdirir.
Publika.az xəbər verir ki, “YouTube”un Rusiya televiziya kanallarına qoyulan məhdudiyyətləri aradan qaldırmadığı üçün ödəyəcəyi cərimə günü-gündən artır.
Qərarın qüvvəyə mindiyi tarixdən 9 ay sonra şirkət hər gün üçün 100 min rubl cərimə olunur. Üstəlik, cərimənin məbləği hər həftə iki dəfə artır. Bu cərimə məbləği ümumi qlobal ÜDM-dən qat-qat artıqdır və buna görə də tərəflər fərqli həll yolları axtarmalı olacaqlar.
Kremlin sözçüsü Dmitri Peskov daha əvvəl cərimə məbləği ilə bağlı qiymətləndirməsində bu rəqəmin simvolik məna daşıdığını və şirkətin edə biləcəyi ən yaxşı işin vəziyyəti düzəltmək olduğunu bildirib.