AZ

Ukraynada vuruşan rus hərbçilərə Krımda pulsuz torpaq sahəsi verildi



Ukrayna ərazisində keçirilən xüsusi hərbi əməliyyatın 2,5 mindən çox iştirakçısı Krım ərazisində pulsuz torpaq sahələri alıb.

Bakupost.az xəbər verir ki, bu barədə “Krım Muxtar Respublikası” parlamentinin sədri Vladimir Konstantinov özünün Telegram kanalında məlumat verib.

Onun sözlərinə görə, hazırda hərbi əməliyyat iştirakçılarının torpaq sahələri ilə təmin edilməsi istiqamətində işlər davam etdirilir. Artıq 4419 torpaq sahəsi formalaşdırılıb. Bunların arasında Leninski və Çernomorsk rayonlarının əraziləri də var.

"Bu günə qədər hərbu əməliyyat iştirakçılarının mülkiyyətinə artıq 2548 torpaq sahəsi keçib, onlardan 1633-ü 2024-cü ildə verilib", - deyə Konstantinov qeyd edib.

Lalə, BakuPost

Seçilən
1
26
bakupost.az

10Mənbələr